MARAQLI

Dünya çempionatında satışı qadağan edilən pivənin taleyi məlum oldu – FOTO

Sharing is caring!

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında satışı qadağan edilən bütün satılmamış pivə qalib ölkəyə veriləcək.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Budweiser” özünün “Twitter” hesabında məlumat yayıb.

Mətn pivələrlə dolu qutuları əks etdirən fotoşəkillə müşayiət olunur.

Xatırladaq ki, FIFA noyabrın 18-də, turnirin başlamasına iki gün qalmış çempionat zamanı stadionlarda alkoqollu pivə qadağası elan edib. Qeyd olunub ki, bu qərar stadionlarda alkoqolsuz pivə satışına təsir göstərməyəcək. Həmçinin azarkeşlər Dohadakı fan zonalarında spirtli içki ala biləcəklər, stadionların VIP lojalarında da spirtli pivə olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir