MARAQLI

İlon Mask məğlub olduğu və döyüşə bilməyəcəyi yeganə insandan danışdı – FOTO

Sharing is caring!

“Tesla”nın icraçı direktoru və biznesmen İlon Mask 4 ay əvvəl cinsiyyətini və adını dəyişən 18 yaşlı qızı Vivianla “döyüşə” bilməyəcəyini deyib.

Milyarder bu barədə “Financial Times” qəzetinə müsahibəsində etiraf edib.

Onun sözlərinə görə, övladının ondan uzaqlaşmaq qərarına təhsil müəssisələrindəki “neo-marksistlər” təsir edib.

“Bu, əsl kommunizmdir və toplu fikirdir ki, əgər zənginsənsə, deməli pissən”, – deyə biznesmen bildirib.

Bununla belə o, qızına hansı təhsil müəssisələrinin təsir etdiyini açıqlamayıb.

Mask qeyd edib ki, onun Vivianla gərgin münasibətləri gələcəkdə dəyişə bilər.

“Mənim bütün digər (uşaqlarımla) çox yaxşı münasibətim var. Onların hamısına qalib gəlmək mümkün deyil”, – deyə milyarder vurğulayıb.

Xatırladaq ki, amerikalı milyarderin 18 yaşlı oğlu Xavyer bu il özünü transgender elan edib, adını və cinsiyyətini dəyişərək qadın olub. O, həmçinin məşhur atasının soyadından çıxaraq anası Castinin soyadını götürüb.

“Mən artıq bioloji atamla heç bir əlaqəmin olmasını istəmirəm”, – deyə Vivian məhkəmədə bildirib.

Qeyd edək ki, İlon Mask ilk həyat yoldaşı Castin Uilsonla universitetdə tanış olub. Cütlük 2000-ci ildə evlənib, 2008-ci ildə isə boşanıb. Cütlüyün birlikdə beş övladı var. Maskın ümumilikdə yeddi uşağı var.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir