Manşetüstü MARAQLI

Qış üçün bu salatı edin – Usta öz sirlərini açır

Sharing is caring!

Bu dəfə sizi sosial şəbəkədə “Myfoodchannel” adı ilə məşhur olan səhifəyə istinadla qış üçün salat resepti ilə tanış edəcəyik.

Tərkibi:

4 ədəd badımcan, 4 ədəd pomidor, 4 ədəd soğan, 4 ədəd kök, 4 diş sarımsaq, 2-3 sap cəfəri və şüyüd, 1-2 ədəd acı bibər, 100 ml duru yağ, 100 ml sirkə, 1 dolu yemək qaşığı duz, 1 yemək qaşığı şəkər tozu

Hazırlanma qaydası:

Badımcanları soyub, uzunsov formada doğrayırıq. Sonra acısını çıxarmaq üçün bir qaba qoyub, üzərinə duz və su əlavə edirik. Digər ərzaqlar hazır olana kimi badımcanları kənarda saxlayırıq. Daha sonra pomidorları soyub, doğrayırıq və tavaya əlavə edirik. Sonra bibərlərin içini təmizləyib uzunsov doğrayırıq. Sarımsağı, soğanı və kökü də eyni qayda ilə doğrayıb pomidorun üzərinə əlavə edirik. Üzərinə duru yağ, sirkə, duz və şəkər tozunu tökürük. Sonda badımcanı və sarımsağı əlavə edib qarışdırırıq. 20 dəqiqə kənarda saxlayıb yenidən qarışdırırıq və ocağa qoyuruq. Qazanın qapağını örtürük, qaynamağa başladıqda qapağı açıb ara-sıra qarışdıraraq yarım saat bişiririk. Sonra şüyüd və cəfərini doğrayıb qazana əlavə edirik. Daha sonra qazanı ocaqdan götürüb, salatı sterilizə olunmuş bankalara yığırıq.

Nuş olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir