MARAQLI

Məşhur anonim rəssamın II Elizabetə həsr olunmuş qrafitisi tapıldı – FOTO

Sharing is caring!

İngiltərənin Uiltşir qraflığında binalardan birinin divarında mərhum kraliça II Elizabetin şərəfinə çəkilmiş qrafiti tapılıb. Ehtimallara görə, müəlliflik məşhur anonim rəssam Benksiyə (Banksy) aid ola bilər.

Divarda rəssamın məşhur “Şarlı qız” əsəri çəkilib, lakin mərhum monarxın xatirəsinə kraliyyətə aid EIIR şifrəsi əlavə edilib.

Bununla belə bu işin Benksiyə aid olub-olmadığı dəqiq bilinmir. Çünki anonim rəssam adətən sosial şəbəkələrdə öz qraffitilərini yerləşdirir və nadir hallarda köhnə işləri üzərində iş görür.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir