MARAQLI

Planetin əsl sahibləri və ya… FOTO

Sharing is caring!

Qarışqalar bəşəriyyəti hər zaman öz qeyri-adi gücləri ilə heyran edib və hər yerdə mövcudluğu ilə təəccübləndirib.

Sidneydəki Makkuori Universitetinin alimləri bunu nəzərə alaraq planetdə onların sayını hesablayıb. Nəticələr isə ekspertlərdə Yer kürəsinin əsl sahiblərinin əslində kimlər olduğu barədə sual yaradıb.

Bu barədə təqdqiqatçıların işi “The Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.

Məqalədən məlum olur ki,  qarışqaların bu və ya digər şəkildə sayılması ilə bağlı 489 araşdırma təhlil edilib və bütün dünyada – ağaclarda və torpaqlarda təxminən 20 kvadrilyon qarışqanın olduğu hesablanıb. Başqa sözlə, sırf riyazi olaraq desək, adambaşına bu kiçik həşəratlardan təxminən 2,5 milyonu düşür.

“Altı ayaqlı həşəratların ümumi biokütləsi Yerdəki bütün çöl quşlarının və vəhşi məməlilərin cəmindən çoxdur”, – deyə tədqiqatçılar bildirib.

Alimlər müəyyən ediblər ki, bütün quru qarışqalarının 61%-i tropik yağış meşələrində və savannalarda, ən azı isə Aralıq dənizi kollarında və tropik iynəyarpaqlı meşələrdə yaşayır. Entomoloqlar həmçinin ümumi biokütləni 12 meqaton quru karbon kimi qiymətləndiriblər ki, bu da bəşəriyyətin quru biokütləsinin 20%-ni təşkil edir.

Bununla belə alimlər əslində qarışqaların bu saydan daha çox olduğunu vurğulayıblar.

Tədqiqatın nəticələri qarışqaların yerüstü ekosistemlərin mərkəzi olması barədə fərziyyəni təsdiqləyir – onlar bitki toxumlarını paylayır, digər həşəratlarla simbiozda yaşayır, heyvanlar üçün qidadır və s.

Mənbə: Aussiedlerbote.de

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir