Maqazin

Telekanallar Xoşqədəmi efirə buraxmır: Tanınmış aparıcı RƏDD EDİLDİ

Sharing is caring!

“Səni axtarıram” layihəsinin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı “Xəzər” TV ilə yollarını ayırandan sonra işsiz qalıb.

Xəbəral.az “yenisabah.az”a istinadən xəbər verir ki, komandası ilə birlikdə “Xəzər”i tərk edən aparıcı bu günə kimi heç bir yerli telekanalla anlaşa bilməyib.

Onun ARB-yə keçəcəyilə bağlı xəbərlər yayılsa da, sonradan həmin informasiya təkzib olundu. Məlumatlara görə, Hidayətqızına Elgiz Əkbərlə eyni efiri bölüşmək təklif olunub. Amma Elgiz bu təklifdən imtina etdiyi üçün Xoşqədəmin ARB-yə keçidi baş tutmayıb.

Məlumata görə, “Səni axtarıram”ın Space TV-də və REAL televiziyasında yayımlanması da mümkün olmayıb. Hər iki telekanalın rəhbərliyi Xoşqədəmən Hidayətqızıyla əməkdaşlıqdan imtina ediblər.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir