Maqazin

“Jara”da peyvənd sertifikatı tələb olunacaq

Sharing is caring!

“Jara” musiqi festivalı koronavirusun kəskinləşməsi fonunda Moskvada və bölgədə hələ təxirə salınmayan yeganə musiqi tədbiri olaraq qalır.

“XəbərAl.az” xəbər verir ki, Rusiyada yay mövsümü üçün planlaşdırılan bütün digər kütləvi tədbirlər və konsertlər baş tutmayacaq. Artıq başlamalı olan “Dikaya myata” festivalı açılışdan bir gün əvvəl ləğv edilib. Təşkilatçılar ciddi maliyyə itkisi yaşadıqlarını açıqlayıblar.

Bütün bunlara baxmayaraq “Jara” festivalı “Crocus City Hall”da baş tutacaq. Təşkilatçılar bildirib ki, gecədə iştirak edən hər kəsdən peyvənd sertifikatı tələb olunacaq.

Həmçinin, zala toplu halda tamaşaçı axınının qarşısını almaq üçün yeni girişlər yaradılacaq.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir