Maqazin

Türkan Vəlizadənin fotosu müzakirə yaratdı

Sharing is caring!

Müğənni Türkan Vəlizadə instaqram platformasında qalmaqala səbəb olan paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o, dünyaca məşhur livanlı müğənni Maya Diabın yeni layihəsi üçün çəkdirdiyi fotosunu mənimsəyərək öz fotosessiyası kimi qələmə verib. İfaçının komandası Mayanın üzünün yerinə Türkanın simasını həkk edib.

Hətta müğənni paylaşımında modelyerin adını qeyd edərək onu da yalanına ortaq edib. Guya, Mayanın libasını sözügedən yerli dizayner ərsəyə gətirib. 

Vəlizadə qısa müddətdə sosial şəbəkələrdə ifşa edilib. Prodüser Tarix Əliyev (Tolik) “Bu qədər də yox! Maya Diab, bədən sənin, baş onun”,- deyə instaqramda bildirib.

İfaçı Tolikin şərhinə “Əsas yaxşı ideaları oğurlamaqdır. Eyni paltar tikilib, fotosessiya edilib. Başqa şəkillər gələcək. Eynisini iki gün içində hazırladı”, – cavabını verib.  

Tolik isə “Dəqiq olsun, dırnaqlar, saç iki günə? Saçın ortasındakı qarasına qədər? Böyük “peşəkar” komanda iş görüb”,- deyə yazaraq sənətçinin yalan danışdığını qeyd edib.

T. Vəlizadə daha sonra instaqramda açıqlama yayaraq tənqidlərə cavab verib:

“Əvvəlcədən bilirdim ki, həmin fotonu hamı paylaşacaq. Bilə-bilə səhifəmdə yerləşdirdim. Bizim o qədər uğurlarımız olub. Moskvada möhtəşəm konsertimiz keçdi. Niyə o kadrları yaymadız? Çünki bir-birimizin sevincinə şərik ola bilmirik. Hər şeyi boş verin. Əsas odur, beyin işlətmək, gözəl ideyalarla yaşamaq lazımdır”.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir