Maqazin

“Avroviziya”da daha bir dəyişiklik

Gələn ay Niderlandda keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində növbəti dəyişiklik baş verib.

“XəbərAl.az” xəbər verir ki, yarışmanın bu il təyin olunan baş prodüseri Sitse Bakker KİV-ə açıqlamasında bildirib ki, səhnədə şoular olmayacaq, tanıtım çarxları qısa təqdim ediləcək. Həmçinin, müsabiqə 00:45- 01:00 arası bitəcək.

“Madonnanın fasilə zamanı çıxışı kimi bir şey olmayacaq. Biz belə etməyəcəyik. 39 ölkə təmsilçisinin Rotterdam şəhərinə gəlməsi planlaşdırılır. Bu səbəbdən tezliklə səhnə hazır olacaq və məşqlər hazırlanacaq. Böyük final gecəsində isə Qlennis Qreys, Afrocek və Vulf-un mini çıxışı var”, – deyə Bakker qeyd edib.

Bundan əlavə, Niderlanda birincilik gətirən Dunkan Lourens və ona dəstək olan Ilze DeLancın səhnədə yer alıb-almayacağı sual altındadır.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir