Maqazin

Tanınmış bloger cütlük boşanır

Sharing is caring!

Azərbaycanın tanınmış blogerləri Nagehan Akpınar (Abdullayeva) və Fərid Abdullayev ayrılır. 

XəbərAl.az-ın məlumatına görə, 2017-ci ildə Türkiyənin məşhur evlilik proqramında (Hande Ataizi ile… ) tanış olan və orada nikah bağlayan cütlük münasibətlərinə nöqtə qoymaq qərarına gəlib. 

Onlar instaqramda bir-birini izləmədən çıxarıb, birlikdə paylaşdıqları fotoları isə siliblər. 

Nagehan bir neçə gün əvvəl İstanbula gedərək boşanma ərizəsi ilə məhkəməyə müraciət edib. Boşanma səbəbi kimi diqqətsizlik və ailədaxili anlaşılmazlıq göstərilib. 

N. Akpınarın rəsmi ayrılıqdan sonra Türkiyəyə köçəcəyi, fəaliyyətini orada davam etdirəcəyi bildirilir.

Qeyd edək ki, cütlüyün bu nikahdan Kumsal adlı bir qız övladı var.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir