Maqazin

Nərgiz Cəlilovadan maraqlı açıqlama: “Sözlərimi geri götürürəm“

Sharing is caring!

“Televiziyada maaş çox aşağıdır. Əvvəlcədən belə olub. Aparıcılarımız var ki, efirdən əlavə tədbirlər idarə edirlər. Ev şənlikləri, konsert və s. kimi misal çəkə bilərəm”.

XəbərAl.az xəbər verir ki, bu sözləri məşhur teleaparıcı Nərgiz Cəlilova “Səhər Mərkəzi” proqramına qonaq olarkən deyib.

N. Cəlilova qeyd edib ki, aparıcıların əksəriyyətinin tədbirləri olmur, quru maaşa işləyirlər: “Bu maaşla ailə saxlamalıdırlar. Günün tələbləri böyükdür. İnsan gəzmək, yaxşı geyinmək, ləziz yemək istəyir. Bu səbəbdən gənclər özəl şirkətlərə üz tuturlar, çalışırlar. İnanıram ki, bu problemlər həll olunacaq”.

Bundan sonra proqramın aparıcısı Tural Əsədov N. Cəlilovanın illər əvvəl “Tural Əsədovdan heç vaxt aparıcı olmayacaq” fikrini yada salıb. Teleaparıcı isə “Arxanızca yox, üzünüzə demişdim. İllər ötəndən sonra peşəkar aparıcı oldunuz. Tədbirlərin birində dedim ki, Tural səninlə fəxr edirəm, illər əvvəl dediyim sözləri geri götürürəm”, – deyə cavab verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir