Maqazin

İstanbulda Aynişanın başına iş gəldi: “Çöldə qalmışıq“ – Video

Sharing is caring!

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva Türkiyəyə yollanıb.

XəbərAl.az xəbər verir ki, İstanbula gedən blogger orada başına gələn hadisədən danışıb. Belə ki, A.Quliyeva taksi sürücüsünün onu yanlış ünvanda düşürdüyü üçün yolda qaldığını bildirib:

“Gəldik İstanbula. Başımıza hadisə gəlib, əşyalarla birgə çöldə qalmışıq. Çünki taksiyə minib adresi dedik və sürücü bizi səhv ünvana apardı. Biz səhv adresə gəldiyimiz üçün başqa taksi tapıb qayıtmalıyıq, amma gedə bilmirik. Çünki heç bir taksi bizi görüb dayanmır. Mən də rəfiqəmə zəng vurdum ki, həyat yoldaşı bizi gəlib aparsınlar”.

Blogger İstanbula səyahət üçün yollandığını qeyd edib.

Xatırladaq ki, o, İstanbuldakı Baxçaşehir Universitetinin magistratura pilləsini bitirib.

Həmin görüntüləri təqdim edirik:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir