Maqazin

“Hərbçinin xanımı olmaram“ – Əməkdar artist

Sharing is caring!

“Həmişə demişəm ki, bir pilotun, bir gəmiçinin, bir də hərbçinin xanımı olmaram”.

XəbərAl.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova ARB telekanalında yayımlanan “Həmin Zaur” proqramında qonaq olarkən deyib.

32 yaşlı sənətçi həbçi ilə ailə qurmağın məsuliyyətinin böyük olduğunu qeyd edib:

“Bir xanımın hərbçi həyat yoldaşı olmaq fəxri olar. Bu çox qürurverici hissdir. Tək müharibə dövründə yox, hər zaman bunu demişəm. Amma həmişə demişəm ki, bir pilotun, bir gəmiçinin, bir də hərbçinin xanımı olmaram. Çünki onların həyat yoldaşı olmaq üçün gərək onlardan qat-qat güclü olasan. Mən elə şəxsin həyat yoldaşı olaramsa, 50 il ömrüm varsa, 15-20 il yaşayaram. O dərəcədə həssas və ailəyə bağlı insanam. Hətta sənəti belə unudaram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir