Maqazin

Oksana Burakla eyni seriala çəkilmək istəyir

Sharing is caring!

“Çoxları soruşur ki, niyə rəqs etmirsən? İstədiyin zirvədə olanda fikirləşirsən ki, bundan artıq nə edə bilərəm? Mən də istədiyim zirvəyə çatdım”.

XəbərAl.az xəbər verir ki, bu sözləri MTV Azərbaycana tanınmış rəqqasə Oksana Rəsulova deyib. Sənətçi rəqqasəliyin “daşını atması” barədə danışıb:

“Hindistanda dəyərli xanım olan Mathuri Dikşın mənə qiymət verdi. Ona görə sənətə gəldim və pik zirvəyə çatdım. Onun yolunu davam etdirirəm: həm rəqqasə, həm aktrisadır. Ana olandan sonra aktrisalıq və prodüserliyə üstünlük verdim. Mənə daha çox bunlar lazımdır”.

Oksana türk seriallarında rol almaq istədiyini bildirib:

“Türk serialında çəkilmək istəyərəm. Həm baxımlı, həm də bütün dünyada tanınır. Baş yox, ikinci dərəcəli obraz olsa da, razılaşaram. İstəyərdim tərəf müqabilim Burak Özçivit olsun. Ən sevdiyim aktyorlardan biridir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir