Maqazin

“Bir gündə 13 toya gedirdim, pullarımı ütüləyib yığırdım…“ – Rəqqasə Fatimə + Video

Sharing is caring!

“Pullarımı ütüləyə-ütüləyə üst-üstə yığmışam. Gətirib anama vermişəm, mənə yığıb, ev almışam”.

XəbərAl.az xəbər verir ki, bu sözləri “Göyçək Fatimə” ləqəbi ilə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva deyib. ARB telekanalında yayımlanan “Hüseynova Bacıları” verilişinin qonağı olan sənətçi yaşadığı çətinliklərdən danışıb:

“Bir gündə 13 toya gedirdim, aş təqdim edirdim. Evə gələndə artıq ayaqlarımı idarə edə bilmirdim. Uşaq vaxtı deyirdim, hansısa sahədə məşhur olacam, oldum da. Bir ildir toya getmirik. Düşünürdük ki, toy olmasa, nə olacaq? Xına məclisi olmayanda da Allah mənə ruzi verirdi”. 

Rəqqasə mülkləri barədə də danışıb:

“Əvvəl ikiotaqlı ev almışam. Sonra onu satıb, daha böyüyünü almışam. Qazanıramsa, özümə layiq şərait düzəltməliyəm. Hamı elə bilir ki, Fatimə çox imkanlıdır. Bir bağım, bir evim, bir maşınım var. Bu yay bağda şəkil çəkdirib paylaşdım, gördüm hamı paylaşıb yazıb ki, “Fatimə villasında şəkil çəkdirdi”. Villa deyil, xudmani evdir, 6 sot torpağı var. Kənardan baxanda çox insan elə bilir ki, imkanlıyam. Bu günümə şükür edirəm”.

Həmin görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir