Maqazin

Taksi sürücüsü işləyən meyxanaçı Samirə: “Xanımlarınızı mənə etibar edə bilərsiniz”

Pandemiya səbəbindən toylarsız qalıb taksi sürücüsü işləyən sənətçi Samirə Yusifqızı “ARB TV”nin efirində maraqlı açıqlamaları ilə diqqət çəkib.

XəbərAl.az bildirir ki, sənətçi efir vasitəsi ilə öz təklifini səsləndirib:

“Bəylərin əksəriyyəti, xüsusən də dindarlar xanımlarını kişi sürücülərinə etibar etmək istəmirlər. Tam arxayınlıqla mənə güvənə bilərsiniz. Maşın sürməyimdə problem yoxdur, zəmanət verirəm. Çox istərdim mənə bu cür təklif olunsun”.

Xatırladaq ki, 59 yaşlı sənətçi Samirə Yusifqızı bir müddət bundan əvvəl yaşadığı maddi imkansızlıq ucbatından evini satışa çıxartdığını açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir