Maqazin

“Bizdə pul yoxdur, camaatda hardan olsun?“ – Xuraman Şuşalı

“Dolanışığım pis deyil, şükürlər olsun. Həyat yoldaşım televiziyada çalışır, o bizi dolandırır. Behlər almışdıq, pandemiya dövründə onları yemişik”.

Bu sözləri tanınmış müğənni Xuraman Şuşalı deyib. Sənətçi karantin müddətində müəyyən çətinliklər çəkdiyini bildirib:

“El şənlikləri üçün behlər almışdıq, onları yemişik. Camaat danışır ki, bir müddətlik icazə verəcəklər el şənlikləri olacaq, biz də buna ümid edirik. İnşallah, icazə verilər. Allah hamımıza xeyirli günlər nəsib etsin, şəhidlərimizə rəhmət eləsin. İnanın ki, özümüz yaddan çıxmışıq, onları düşünürük. İşlər bərpa olunsa çox yaxşı olar, hazırda heç kəsin maddi vəziyyəti yaxşı deyil, amma ehtiyaclı ailələr hədsiz çoxdur. Həm bizə müraciət edirlər, həm sosial şəbəkələrdə qarşımıza çıxır, biz onlara baxanda çox pis oluruq. İndi biz bəzən gileylənirik, amma inanın, bizdən də çətin vəziyyətdə olanlar var. Ara məsafəni gözləməklə iş yerlərini bərpa eləsələr çox yaxşı olardı”.

Xanım müğənni bir müddət əvvəl satışa çıxardığı evin satılmadığını deyib:

“Satışa çıxardığımız ev satılmadı, heç zəng edən də yoxdur. Biz də utandığımızdan elanı yeniləyə bilmirik. Bu dəqiqə camaatda pul hardandır ki, nəsə alsın? Bizdə yoxdursa, başqalarında da yoxdur. Mən çox istəyərəm ki, satılsın. Çünki biz karantində aylarla uşaqlarla bina evində qaldıq. Bina evi bizə çox əziyyət verdi, ona görə həyət evim olsun istəyərdim. İndi elan versək deyəcəklər ki, camaat nə haydadır, bunlar nə hayda… İnsanlar da bu dönəmdə  bir az aqressiv olublar və aqressiyalarını daha çox müğənnilərə tökürlər. Bəzən təkcə başlığı oxuyub fikir bildirirlər, girib şərhləri oxuyursan ki, nə qədər insanın haqqına giriblər. Onları da qınamıram, bikarçılıqdır, iş-güc yox, bütün günü evdə otururlar, pulsuzluq bir yandan, digər tərəfdən bəziləri ailə qurmaq istəyir, amma qura bilmir. Istər-istəməz bu da təsir edir, həkimlər də açıqladılar ki, ailələr qurulmalıdır, nəsil artımı olmalıdır. Baxın, son aylarda biz nə qədər şəhid verdik. Analar yenidən övlad dünyaya gətirməlidirlər, Azərbaycan əsgərləri dünyaya gəlməlidir” .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir