Maqazin

Xalq artisti: “Maaşla dolanıb vəziyyətdən çıxmağa çalışırıq”

Sharing is caring!

Ölkədə epidemioloji vəziyyətlə əlaqədar bir çox iş yerlərinin bağlanması müğənnilərin maddi durumuna təsir edib.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Mənsum İbrahimov hər kəs kimi maddi vəziyyətinin yaxşı olmadığını deyib:

“Müharibəni bitirdik, indi koronavirus “müharibəmiz” davam edir. Virus artıb. Sağlamlıq çox önəmlidir, hamı öz sağlamlığının qayğısına qalmalıdır. Dövlət də buna görə lazımi addımları atır. Mən bu addımları çox təqdir edirəm. Maddi durum hər kəsdə necədirsə, məndə də elədir. Maaşla dolanıb vəziyyətdən çıxmağa çalışırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir