Maqazin

“Kim bilir, həmin torpaqlarda…”- Ruhi Əliyevadan QÜRURVERİCİ PAYLAŞIM

Sharing is caring!

Biznes ledi Ruhi Əliyeva “İnstagram” səhifəsində etdiyi paylaşımı ilə diqqət çəkib.

Xəbəral.az  xəbər verir ki, o sosial şəbəkə hesabında bu sözləri yazıb:

“Azərbaycanımızın hər guşəsi, hər qarışı bizə doğmadır, əzizdir. İşğaldan azad olunan torpaqlarımızın qəlbimizdə yeri isə tamam başqa.
Rəşadətli Azərbaycan Ordusu Ağdama daxil oldu. Həmin görüntüləri çox böyük qürur və fəxarət hissiylə izlədim.

Bizə bu sevinci yaşadan Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla, Azərbaycan Ordusuna təşəkkür edirik.

Biz bu torpaqlar üçün bu qədər darıxmışıqsa, kim bilir həmin torpaqlarda doğulub boya-başa çatanlar necə darıxıb.

Bu münasibətlə bütün ağdamlıları təbrik edirəm.Gözün aydın, Azərbaycan!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir