Maqazin

Türk məşhurların qələbəmizlə bağlı paylaşımları – FOTO

İkinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasıyla bağlı sosial şəbəkədə yüzlərlə paylaşımlar edilib.

Xəbəral.az xəbər verir ki, Azərbaycan xalqının qələbə sevincinə şərik olanlar arasında türkiyəli məşhurlar da olub. Onlar İnstaqram hesablarında müxtəlif şəkillər paylaşıb və təbriklərini yazıblar.

Müğənni Alişan Azərbaycan bayrağı üzərində “Qarabağ Bizimdir”, “Qarabağ Azərbaycandır” yazılarının əks olunduğu video paylaşıb.

Müğənni Ebru Yaşar hekayə bölümündə üç rəngli bayrağımızı paylaşaraq üzərinə “Can Azərbaycan, zəfərin mübarək” sözlərini yazıb.

Aktyor Oktay Kaynarca da Azərbaycanı qələbə münasibəti ilə təbrik edən məşhurlar sırasında olub. O İnstaqram hesabının hekayə bölümündə Azərbaycan, Türkiyə və Pakistan bayrağı yer alan şəklin üzərinə “Gözün aydın Azərbaycan. Mübarizəyə davam” kimi sözlər yazıb.

Gənc müğənni Ece Seçkin isə Azərbaycan və Türkiyə bayraqlarını paylaşaraq “Yol ver türkün şanlı bayrağına. Qarabağ bizimdir” postunu paylaşıb.

İfaçı və bəstəkar Sinan Akçıl Xocalı sakinləri və müzəffər Ordumuzun şəklini yerləşdirərək üzərinə “Sən daima yaşa Azərbaycan, intiqam gec də olsa alınır” kimi yazılar qeyd edib.

Türk məşhurların qələbəmizlə bağlı paylaşımları - FOTOTürk məşhurların qələbəmizlə bağlı paylaşımları - FOTOTürk məşhurların qələbəmizlə bağlı paylaşımları - FOTOTürk məşhurların qələbəmizlə bağlı paylaşımları - FOTOTürk məşhurların qələbəmizlə bağlı paylaşımları - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir