Maqazin

Məşhur aktyordan Azərbaycana DƏSTƏK

Sharing is caring!

Türkiyədə yaşayan Azərbaycan əsilli məşhur aktyor Tamer Karadağlı ölkəmizə dəstək olub.

Xəbəral.az Teleqraf.com-a istinadla xəbər verir ki, Tamer Karadağlı “ATV səhər” verilişində bu sözləri deyib: “Biz Azərbaycanı başqa bir ölkə olaraq görmürük. Azərbaycan bizim qardaşımızdır. Hər zaman deyirik ki, bir millət, iki dövlətik. Bu çox önəmli fikirdir. Biz birlikdə daha güclüyük. Və Azərbaycana nə vaxt gəlsəm, mehriban və səmimi sevgi ilə qarşılaşıram.

Mən Azərbaycan əsilliyəm. Babam Azərbaycandan Türkiyəyə gəlib. Ona görə də Azərbaycana gələn zaman özümü başqa ölkədəki kimi deyil, öz Vətənimdə hiss edirəm. Nənəm Gəncədəndir.
Uşaqlığımızda Azərbaycanın nə qədər gözəl ölkə olduğunu danışırdılar. Mən Azərbaycana bir az gec gəldim, bundan üç-dörd il əvvəl. Özümü öz evimdəki kimi hiss edirdim, dilimiz, yeməklərimiz, insanı münasibətlərimiz çox yaxındır”.

Aktyor ermənilərin Gəncədə dinc əhalini atəşə tutmasını da pisləyib: “Bunu qəbul etmək mümkün deyil. Müharibənin bəlli qanunları var, dinc əhaliyə, qadınlara, uşaqalara toxunmaq olmaz”.

Tamer Karadağlı onu da deyib ki, Azərbaycan Ordusuna könüllü qatılmaq istəyir: “Amma yaşıma görə çağırmazlar. Təbii ki, orduya könüllü qatılaram. İşğaldan azad edilmiş torpaqları görmək istəyirəm. Bütün azərbaycanlı qardaşlarımın yanındayam. Bu hər zaman belə olacaq. Necə ki, siz hər zaman bizim yanımızdasınız. Azərbaycan mənim baba torpağımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir