Maqazin

Azərbaycanlı müğənni “McDonald’s”ı boykot edənlərə ETİRAZ ETDİ

Sharing is caring!

“Avroviziya 2011” mahnı müsabiqəsində ölkəmizi təmsil edərək birincilik qazanan Eldara Qasımov “İnstagram” səhifəsində “McDonald’s” restoranlar şəbəkəsini boykot edənlərə etitaz edib.

Xəbəral.az xəbər verir ki müğənninin bu çıxışı izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

“Bu brendlər ölkəmizdə çoxsaylı müqavilə əsasında çalışır.

Yığışdırın bu mövzunu, bu mövzu aktiv sosial media istifadəçiləri üçün önəmli deyil.

“McDonald’s” restoranlar şəbəkəsi nə olursa olsun siyası mövzulara girişməməli idi.

Amma onlar bizim üçün paylaşıb, vətəndaş mövqeyini nümayiş etdiriblər.

Bu şirkətlər neçə dəfə xeyirxah aksiya keçiriblər.

Neçə-neçə başsız ailələrə kömk ediblər.

Düzdür, bu şirkətin mənə və dostlarıma aidiyyatı yoxdur.

Amma cəmiyyətimizi iki yerə bölən bu fikirlərlə düşmənlərimizi sevindirməyək.

Bu gün “McDonald’s Azərbaycan”ın da vətəni xilas etmək üçün orduya yollanan işçiləri var.

Hörmətli Eldar Qasımov, sizin “humanist” fikirləriniz kənardan olduqca gülünc qarşılanır.

İlk öncə deyim ki, hansı şirkətdə, hansı ölkədə və hansı vəzifədə işləməsindən asılı olmayaraq, qanında azərbaycanlı qanı axan hər bir insan, vətənin dar günündə onu qorumalıdır.

Bu hər bir azərbaycanlının vətəndaşlıq borcudur!

Qeyd edim ki, adıçəkilən restoranlar şəbəkəsi dediyiniz neçə-neçə başsız ailələrə, səhər, günorta və axşam yeməyini orada edən azərbaycanlıların hesabına kömək edir.

Çox təəssüfedici bir məqamdır ki, bu fikirləri ölkəmizə 2011-ci ildə Avroviziyaya ev sahibliyi etmək hüququnu qazandıran biri deyir.

Nə deyək, sapı özümüzdən olan baltalar zaman-zaman içimizdə olub və olacaq da.

Bu elə bir virusdur ki, onu nə bir dərman, nə də ki, bir peyvənd sağalda bilməz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir