Manşetüstü Maqazin

74 yaşında əkiz uşaq dünyaya gətirdi, bir gün sonra həyatının şokunu yaşadı – DÜNYA REKORDU/VİDEO

Sharing is caring!

74 yaşlı Manqayamma Yaramati əkiz uşaq dünyaya gətirdikdən bir gün sonra həyatının şokunu yaşayıb.

XəbərAl.az xəbər verir ki, onun 82 yaşlı həyat yoldaşı Sitarama Racarao iflic olub.

İllərlə uşaq həsrətilə yaşayan, hər zaman övlad arzusunda olduğunu bildirən ata Racarao hazırda xəstəxanadadır.

***

Video əlavə olunub.

***

Hindistanının Andxra-Pradeş ştatında EKM (ekstrakorporal mayalanma) üsulu ilə hamilə qalan 74 yaşlı qadının əkiz qızları olub.

XəbərAl.az xəbər verir ki, bu haqda “Hindustan Times” qəzeti yazıb.

Xəstəxananın direktoru uşaqların qeysəriyyə əməliyyatının köməyi ilə götürüldüyünü bildirib.

“Əməliyyat yaxşı keçdi. Ana və körpələr sağlamdır. Ancaq ana son bir neçə saatlıq stressdən çıxması üçün intensiv terapiya bölməsinə göndərilib”, – həkim deyib.

Manqayamma uşaqları üçün südü donor bankından alacaq.

Bildirilir ki, Manqayamma və onun 80 yaşlı əri Raya Pao 1962-ci ildə evlənib. 57 il ərzində onların uşağa sahib olmaq cəhdləri müvəffəqiyyətsiz olub. Ancaq süni mayalanma proseduru nəticəsində 74 yaşlı qadın cari ilin yanvarında hamilə ola bilib.

Daha əvvəl isə Hindistanın Omkari Panvar ştatında başqa bir qadın süni mayalanmanın köməyi ilə ana olmuş ən yaşlı qadın hesab edilirdi. 70 yaşlı qadın 2008-ci ildə əkiz uşaqlar dünyaya gətirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir