Manşetüstü Sosial

Bakıda taksi sürücüsünü hədələyib, pulunu OĞURLADILAR

Sharing is caring!

Avqustun 27-də Bakı şəhər sakini T.Qəhrəmanov Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəbərAl.az-a verilən məlumata görə, o, bildirib ki, həmin gün saat 5 radələrində F.Rüstəmov küçəsində idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində oturan 2 nəfər onu naməlum əşya ilə hədələyərək 278 manat pulunu alıblar.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Dərhal başlayan əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Qənbərov və C.Qənbərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir