Manşetüstü Sosial

“Gəlinlər teleseriallara baxıb evdən qaçırlar” – Azərbaycanlı sosioloqdan ŞOK SÖZLƏR

Sharing is caring!

Xəbər verdiyimiz kimi son günlərin ən aktual problemlərindən biri də məhz “gəlinlər”-in evdən çıxaraq bir daha geri qayıtmamasıdır. Bəzən qadınlar deyil övladları ilə birgə evi tərk edirlər. Təəssüf ki, son dövrlər qadınların evdən qaçma halları çoxalıb. Bəs günbəgün belə hadisələrin yaşanmasına səbəb nələrdir? Gəlinlər niyə “itkin” düşür?

Bununla bağlı Sonxeber.az-a açıqlama verən psixoloq Vəfa Əkbər bildirib ki, bu tendensiyanın artmasına səbəb köhnə nəslin gənclərə təzyiq etməsi, onları erkən və məcburi nikaha cəlb etməsi ilə əlaqəlidir. “Hər hansı bir yaşa gəlib çatırsansa mütləq evlənməlisən. Mən sənin ailə qurduğunu görməliyəm kimi basqılar həmin ailədə dəyər sisteminin, hörmətin, sevginin, qayğının olmamasına gətirib çıxarır. Bu basqılar artıq o dərəcəyə gətirib çıxarır ki, ailədə mənəvi və psixoloji problemlər yaranır.

Vəfa Əkbər qeyd edib ki, hətta psixoloji zorakılıq o həddə çatır ki, qadın bilmir ki, kimə müraciət etsin: “Ailəsinə müraciət edə bilməz. Çünki, valideynlər onu özü zorla verib. Sevib ailə qurubsa o zaman düşünür ki, artıq geri qayıda bilməz”.

"Gəlinlər teleseriallara baxıb evdən qaçırlar" - Azərbaycanlı sosioloqdan ŞOK SÖZLƏR

Psixoloq vurğulayıb ki, gənc qadının ailədə problemi olursa ilk olaraq çıxış yolunu özünü və övladını götürüb qaçmaqda görür: “Heç bir qadın ailəsini səbəbsiz yerə dağıtmaq istəməz. Səbəbsiz evdən qaçan qadın olmur. Artıq problemə dözə bilməyən, yox olmaq, buxarlanmaq istəyən qadınlar olur. Kim deyirsə həyat yoldaşım evdən qaçıb, problem müraciət edənin özündədir. Qadınlar bu addımı özlərinə və ətrafına güvəni olmadığı üçün atırlar”.
Sosioloq Əhməd Qəşəmoglu söyləyib ki, bu gün problem gənclərin ailə barədə aydin təsəvvürünün olmamasından qaynaqlanır: “Evdəki münasibətlər dayanıqlı deyil. Bu gün qurulan yüz ailədən 25-27-si dağılır. Azərbaycanda 20 faiz ailəni normal qəbul etmək olar. Digərlərin də isə gərginlik var. Məhz bu gərginliyin nəticəsində evdən qaçma halları baş verir. Evdən qaçan gəlinlərlə bərabər özünü öldürmək istəyən kişilər də çoxdur. Kişilərin vəhşi obrazını yaratmayaq. Problem ailənin gərginliyindədir”.

"Gəlinlər teleseriallara baxıb evdən qaçırlar" - Azərbaycanlı sosioloqdan ŞOK SÖZLƏRƏhməd Qəşəmoglu həmçinin istənilən insanın sosial davranışına 4 faktorun çox mühüm təsir etdiyini də deyib. “İnsanın daxili mənəvi potensialı, yaşadığı mühit, aldığı informasiya , üstünlük verdiyi dəyərlər onu formalaşdırır. Bu dəyərlərdən birini əksikliyi problemin yaranmasına gətirib çıxarır. Mənəvi dəyərlər öndə olanda cəmiyyət özü-özünü tənzimləyir. Bu gün mənəvi dəyərlər arxa plana keçir. İnformasiyanın məzmunu bərbad haldadır. İndi gənclər informasiyanı sosial şəbəkələrdən, teleseriallardan əldə edirlər. Qadınlar da məhz dözümsüzlüklərini bu informasiyalardan alır. Görürlər ki, başqaları qaçıb canını qurtarıb, o da bu yolu seçir. Bu da mənəvi aşınmaya səbəb olur”.