Manşetüstü Sosial

Azərbaycanın şimalında güclü külək kənd təsərrüfatına ciddi zərər vurdu – FOTO

Sharing is caring!

Azərbaycanın şimalında güclü külək kənd təsərrüfatına ciddi zərər vurub.

Respublikanın şimal zonasında axşam saatlarında əsən güclü külək ağaclardakı meyvələri yerə töküb.

Güclü külək Quba və Xaçmaz rayonlarında, həmçinin Xudat şəhərində meyvə bağlarında və fərdi təsərrüfatların ağaclarındakı meyvələri yerə tökməklə yanaşı, ağacların budaqlarını da zədələyib.

Qeyd edək ki, əksər meyvələr payız aylarında yetişir. Bunlardan qoz, alma, armud, şaftalı yerə tökülüb. Nəticədə təsərrüfat sahiblərinə ciddi ziyan dəyib (Report).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir