Cəmiyyət Manşetüstü

Oğlu 8 il İş Alan Ana Dələduzlar Tərəfindən Aldanıldı Və Ölkə başçısına müraciət etdi

Sharing is caring!

Abbasova Tutu Muxtar qızı XeberAl.az saytının vasitəsi ilə cənab Prezidentə və dövlət orqanlarına məktub ünvanlayıb.

XeberAl.az məktubun məzmununu sizlərə təqdim edir:

Yazıb sizə bildirirəm ki, mən Abbasova Tutu Muxtar qızı 1952-ci ildə Naxçıvan MR-nın Şahbuz rayonunda anadan olmuşam.Orta təhsilliyəm ailəliyəm bir övladım var.Yoldaşım Abbasov Abbas Hüseyin oğlu 1942-ci ildə Naxçıvan şəhərində anadan olub.52 il Bakı şəhər Deputatı olub.2006-cı ildə ağır sürən xəstəlikdən vəfat etmişdir.Oğlum Abbasov Namiq Abbas oğlu 1978-ci ildə Bakı şəhərində anadan olub, ali təhsillidir, ehtiyyatda olan zabitdir, ailəlidir bir ovladı var.Hal-hazırda Bakı şəhəri 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.Həbs olunma səbəbi Azərbaycan Respublikasında dolların manata qarşı infliyasiyasında ziyana düşməsi olub.2016-cı il oktyabırın 28-də Xətai rayon Polis idarəsi tərəfindən həbs olunub.Bakı istintaq təcridxanasına göndərilib.Təcridxanada saxlandığı müddətdə otaq yoldaşı İbrahimov Alim Əlisahib oğlu ilə tanış olub.Söhbət əsnasında Alim bildirmişdi ki, (Alim özü Prezident Aparatında cənab Əli Əsədovun yanında sektor müdiri vəzifəsində işləyib.)Alimi bu vəzifəyə isə düzəldən Əli Əsədovun ailə dostu Alimin qaynatası Şirvan Şəhər İcra Hakimiyyətində baş memar vəzifəsində çalışan, Şirvan şəhər sakini Əliyev Rasim Qüdrət oğlu ilə danışım, Əli Əsədov vasitəsi ilə oğlumu pul qarşılığı vasitəsi ilə, oğlumun şikayətçilərini az miqdarda pul ödəməklə azadlığa çixmasına köməklik edə bilərlər. Onuda nəzərə çatdırım ki, oğlumun şikayətçilərindən biri Əli Əsədovun oğlu Hidayət Əsədovla birlikdə eyni dövlət qurumunda işləyir.Beləliklə Alim qaynatası Rasimlə telefon vasitəsilə razılığa gəlmişlər ki, pul qarşılıqında oğlum Natiqi azadlığa çıxacağına söz vermişdir.Bu minvalla Əliyev Rasim dolayı yolla öz dediyinə görə, 120 AZN ödəməklə BİT-da oğlum Natiqlə görüşmüşdür bir neçə gün sonra Əliyev Rasim həyat yoldaşı Rəsmiyyə qızı (Alimin həyat yoldaşı) Alimin iki övladı Əli və Hüseyini götürərək mənim yaşadıqım Ramanı qəsəbəsi südçülük savxozuna yaşadığım evə qonaq gəlmişdilər.Tanşlıq zamanı bildirmişdilər ki, bizdə sənin baçın qardaşın Natiqin işində nə var ki, bir miqdar pul qaşılıqında bu yüksək vəzifəli dostlar sayəsində Natiqin azadlıqa çıxaraçaqlarına söz vermişlər.Bu minavalla Rasimin və onun ailəsinin sözlərinə və verdikləri vədlərə inandım.Bu ailə özünü dindar kimi göstərərək Alimin Rasimin həcc ziyarətində olub hacı olmaqları mənim özüm də Allaha bağlı insanlar olduğumuzdan bu ailəyə inanımız böyük idi. Belə ki, iş gedişatında Natiqin işi Ağır  Cinayətlər Məhkəməsinə göndərildi.Rasim bildirdi ki, kürəkəni Alimin cinayət işində ACM-nin hakimi Rahib Salmanovdur və Natiqin işin də o götürəcək bizə ən yaxın adamdır.Söhbət əsnasında Rasim bildirmişdir ki,ACM-nin hakimi Rahib Salmanov onun tələbə yoldaşıdır.Rasim dediyi kimi də ACM-də Natiqin işinə hakim Rahib Salmanov tərəfindən sədirlik olundu.Rasim mən və Natiqin  dostu Məmmədov ildırım Mahmud oğlu oğlu ilə şəhərdə taksi vasitəsilə gedərək Natiqin işi ilə bağlı Rahib Salmanovun tapşırığı ilə bir nəfərlə görüşməli olduğunu bildirdi və görüşdük.Amma Rasim bizi avtomobildə qalmağımızı bildirdi.Qarşımızdan dayanan avtomobildən bir şəxs düşdü Rasimlə görüşərək təxminən aralarında 30-35 dəqiqə söhbət getdi.Rasim sağollaşaraq bizim əyləşdiyimiz maşına əyləşərək yolumuza davam etdik.Rasim bildirdi ki,27 min AZN qarşılığında Natiqin şikayətçiləriylə razılaşaraq məhkəmə zalından azadlığa çixacağına söz verdi.Onu da bildirim ki, Rasimlə görüşən həmin şəxsin Sənan adlı şəxs olduğunu və ACM hakimi Rahib Salmanovun yanında katib vəzifəsində işlədiyi gördüm və bildim. Məhkəmə gedişatı zamanı məlum oldu ki,Rasim hakim Salmanovla tələbə yoldaşı deyil.Mən Rasimə söz verdiyim kimi 27 min AZN-i hissə-hissə Rasimə ödədim.Pulu məndən Rasim Şirvan şəhərində işlədiyi üçün Şivan şəhərindən hər zaman tez-tez Bakıya gələ bilmədiyi üçün bəhanə gətirərək sürüçüsü Şərif vasitəsilə Rasimə göndərmişəm.Dələduz dəstənin niyyəti ortaya çıxanda mən pulumu tələb etməyə başladım. Bir çox söz-söhbətdən sonra Rasim mənə hissə-hissə olmaqla mənə qarşı dələduzluq  edib ələ keçirdikləri 27 min AZN-dən 5000 azn qaytardı.Sonrada dələduz dəstə qalan pulumu qaytarmaqda boyun qaçırdılar.Adını çəkdiyim hörmətli şəxslərdən xahiş edirəm ki, mənə kömək etsinlər bu dələduz dəstədən pulumu alım.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Milli Məclisin sədri Oktay Əsədov

Ali Məhkəmənin sədri Ramiz Rzayev

Bakı Apellyasiya Məhkəməsinin sədri Elmar Rəhimov.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir