Cəmiyyət Manşetüstü

Maşında gizlədilən spirtli içki və siqaretlər aşkarlandı

Sharing is caring!

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 3 fakt üzrə 4000 ədəd müxtəlif markalı siqaretin və 19 ədəd spirtli içkinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən XeberAl.az-a bildirilib ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşlarının idarə etdiyi VAZ-21013, VAZ-21063 və Gürcüstan vətəndaşının idarə etdiyi “Mersedes Benz” markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 2000 ədəd “Pirveli”, 2000 ədəd “King” markalı siqaret, hər biri 1 litr olmaqla 13 ədəd “Nemiroff” və 6 ədəd “Nemirovskaya” markalı spirtli içki aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.