Manşetüstü

Qara Qüvvələr Cəlilabaddan nə istəyir?

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, 44 günlük Vətən müharibəsi zamanı Ali baş komandanımız İlham Əliyevin, Azərbaycan ordusunun zabit, əsgər heyyətinin, igid könüllü gənclərimizin qəhrəmanlığı ilə, “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad oldu. Respublikamızın hər yerində olduğu kimi Cəlilabadlılar da Azərbaycan prezidentinin qismən hərbi səfərbərlik çağırışına səs verərək könüllü olaraq düşmənlə üz-üzə,qanlı döyüşlərə böyük ruh yüksəkliyi ilə cəbhəyə gediblər. Şükürlər olsun ki, şəhidlərimizin qanı yerdə qalmadı, torpaqlarımız düşmən tapdağından azad olundu.

DTX-nin bir neçə rayonda və eləcə də Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat tədbirləri cəlilabadlılar o cümlədən bütün ölkə ictimayəti tərəfindən müsbət qarşılandı.
Ama bu uğurlu əməliyyata bəzi, fürsətçilər kölgə salmaq niyyətindədir. Bunlar elə düşünürlər ki, başçısı həbs olunan rayonun bütün məmurlarının hamısı həbs olunmalıdır. Hansı ki, bunlar özləri fəaliyyətləri ilə dövlətinə və xalqına ləyaqətlə xidmət edən (hal-hazırda da işində, vəzifəsində qalan) və şantajçı kütlənin “iş”lərinə yaramadıqlar səbəbindən həmin insanları şər-böhtanlı qarayaxmalar etməklə özlərini gündəmdə saxlayır, jurnalist peşəsinə xələl gətirməklə məşğuldurlar.

Çox gülməli səslənsə də, bunlar o cür düşünür.

Hamımıza məlumdur ki,  14 Sentyabr 2021-ci ildə Prezident İlham Əliyev Rafiq Cəlilovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bu sərəncamdan sonra sanki, Cəlilabada da canlanma başladı. Cəlilabad rayon icra başçının ilk işi, Şəhid Ailələri, Qarabağ Qazilərinin evlərini bir-biri ziyarət edib, onların problemlərini yaxından dinləyib, yerindəcə həllinə nail olub. Bu icra başçısı ilə bərabər Cəlilabadın bütün məmurları səfərbər olunub.Nəinki, Şəhid Ailələri, Qarabağ Qaziləri, umumiyyətlə hər hansı məsələ ilə bağlı Cəlilabad rayon icra hakimiyyətinə müraciət edən  vətəndaşın  problemi öz həllini tapır.

Cəlilabad icra hakimiyyətində yüksək səviyyədə islahat apardı. İşinin öhdəsindən gələn qaldı, insanlarla dil tapa bilməyənlər, işindən kənarlaşdı
Bu uğurlu kadr islahatı Cəlilabad rayon ziyalıları tərəfindən yüksək səviyyədə qarşılandı.
Lakin Cəlilabad rayonunda bəzi, qüvvələr var ki, rayonda inkişaf dolu işləri gözləri götürmür.Onlar da bəllidir ki, xaricdə yaşayan anti azərbaycançılardan qidalanır. Evində söz-söhnət olanın da səbəbini icra hakimiyyətində görürlər.
Qara piar aparanlar çalışırlar ki, Cəlilabad rayonu inkişafdan qalsın.İstəmirlər ki, günü-gündən çiçəklənən Cəlilabad uğurlara imza atsın.

Doğrudur köhnə problemli məsələlər birdən-birə öz həllini tapmaz!
Təbii ki, bunlar tədricən düzələcək.
Amma bilməlidirlər ki, bu cür “şantajçı”ları, Cəlilabadın dəyərli insanları çox gözəl tanıyır.

Təxribat yaratmayın cənablar!
Onsuz da çirkin niyyətiniz həyata keçməyəcəkdir!
Xatırladaq ki, Azərbaycanda ilk dəfə olaraq Cəlilabad rayon İcra Hakimiyyəti, “Azəri Home Chef” komandası, turizmin və milli mətbəxin inkişafına dəstək verən QHT-lərin birgə təşkilatçılığı ilə Çiyələk Festivalı keçiriləcək.


Xəbəral.az xəbər verir ki, Festival may ayının 29-da Cəlilabad rayonunun “Heydər Əliyev Seyrəngahı” parkında baş tutacaq. Tədbirdə kənd təsərrüfatı şirkətlərinin çıxışları, yerli brendlər və regionun ən yaxşı restoranları ilə tanışlıq, milli mətbəxə dair yeməklərin dadımı, əyləncə proqramı, Vətən müharibəsi veteranları ilə görüş, aşpazlardan ustad dərsləri və “Çiyələk Möcüzəsi” adlı kulinariya müsabiqəsi keçiriləcək.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir