Cəmiyyət Manşetüstü

Bakının bu küçəsini su basdı – Foto

Sharing is caring!

Binəqədi rayonu, 7-ci mikrorayondakı Abay Kunanbayev küçəsini su basıb.

XeberAl.az xəbər verir ki, sözügedən küçədə avtomobil yolunun altından keçən kanalizasiya borusu partlayıb. Partlayan boru yolun asfalt qatını da dağıdıb.

Abay Kunanbayev küçəsi bu səbəbdən suya qərq olub. Səhər saatlarında baş verən qəzaya görə yolda hərəkət çətinləşib. Problemin aradan qaldırılması üçün hazırda ərazidə iş gedir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir