Hadisə Manşetüstü

Biznesmen oğlu Bakıda restoranda gənc qıza külqabı atdı

İyunun 4-də, bazar günü Bakıdakı restoranların birində insident baş verib.

XeberAl.az xəbər verir ki,bu barədə məlumat yayan “qafqaznews.az” saytı bildirir ki, hadisə səhər saatlarında paytaxtın elit restoranlarından birində – “MERCİ”-də baş verib.

Məlumata görə, “CRA Holdinq”in rəhbəri Nəsib Həsənovun “Roma” ləqəbli oğlu Ramiz ötən gün səhər saat 4-00 radələrində “Merci” restoranında xuliqanlıq hərəkəti edərək gənc qızı külqabı ilə vurub: “Xoşbəxtlikdən insident ölümlə nəticələnməyib. Adının hələ ki, çəkilməsini istəməyən gənc qız hüquqi yardımla bağlı “Qafqaz Hüquq Mərkəzi”nə müraciət edib. “Qafqaz Hüquq Mərkəzi” Merci restoranı ilə əlaqə saxlayıb. Restoranın administratoru Orxan Həsənov səhər saatlarında restoranda nə baş verdiyindən xəbərsiz olduğunu söyləyib”.

Hadisənin hansı şəraitdə baş verməsi və detalları barədə ətraflı məlumat verilmir.