Bildiyiniz kimi hələ ki, Səhiyyə Naziri vəzifəsinə heç kəs təsdiqlənməyib.
Xəbəral.az-a gələn son xəbərə görə, yeni səhiyyə naziri həkim-deputat Rəşad Mahmudov təyin olunacaq.
Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, ürək-damar cərrahı, millət vəkili R.Mahmudovun bu aylar ərzində nazir vəzifəsinə təsdiqlənəcəyi gözlənilir.
Əslən Astaradan olan 1974-cü il təvəllüdlü R.Mahmudov növbəti gənc nazir olmağa çox yaxındır. O.Şirəliyevin vəzifəsindən çıxarıldığı gündən, Rəşad Mahmudovun nazir olacağı, artıq dövlət xəstəxanalarında yayılıb.

Xatırladaq ki, gələcəyin səhiyyə naziri Rəşad Mahmudov Korona Virusun tüğyan etdiyi bir vaxtda, karantin qaydalarına məhəl qoymadan Astaranın deputatı Rəşad Mahmudov və böyük qardaşı icra başcısının 1-ci müavini Allahverən Mahmudov axşam saatlarında rayonun mənzərəli restoranlarından birində yeyib – içib şəkil çəkdiriblər.

Xəbəral.az saytı xəbər verir ki, bir neçə gün öncə, deputat Rəşad Mahmudov polisi döyən həmkarı Eldəniz Səlimovun sosial şəbəkədə yaydığı açıqlaması ilə də gündəm olub.
Rəşad Mahmudov bunları yazıb:
“Fəaliyyətinizə qiymət vermək (seçicilərinizin haqqıdır) mənə düşməz. Məlum hadisəyə rəy və qərar bildirmək Milli Məclisin İntizam Komissiyası və Ədliyyə orqanlarının vəzifəsidir. Partiyamız adına da arzuolunmaz bir hadisədir deyə bilərəm. Amma mən şəxsim adına mərd, alicənab və vətənpərvər bir insan kimi sizi tanıdığıma çox şadam” – R.Mahmudov qeyd edib.
Nə deyə bilərik?
Bizə elə gəlir ki, gəzən söz-söhbət boşuna olmaz.Çox güman ki, R.Mahmudov yeni vəzifə sevincini öz yaxınları ilə bölüşüb və şaiyələr yayılıb.
Bizdə Xəbəral.az olaraq, gələcək Səhiyyə Nazirinə çətin və şərəfli işində uğurlar arzu edirik.
Qarşı tərəfin mövqe haqqını tanıyırıq.
Xəbəral.az