Manşetüstü Şou-Biznes

Əməkdar artist qızıl yel xəstəliyinə tutulub

Sharing is caring!

“Sol ayağımda ciddi problemlər yaranıb. Ayağımı yerə basa bilmirəm. Altıncı gündür ki, yerdə yatıram. Uşaqlar qucağında məni aparıb-gətirir”.

Bu sözləri Əməkdar artist Aybəniz Haşımova Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Sənətçi “Qızıl yel” xəstəliyinə tutulduğunu açıqlayıb:

“Heç bilmirəm bu hadisə necə başıma gəldi. Həyatım boyunca bu xəstəlik barədə heç bir şey eşitməmişdim. Keçən həftənin altıncı günü gecədən səhərə kimi yerimdə ağrıdan çapaladım.  Səhərə qədər can verdim. Çox pis ağrılar içində qovruldum. Anlaya bilmədim ki, nə baş verir? Elə zənn etdim ki, iflic oldum. Özümdə, sözümdə deyildim. Səhərə kimi birtəhər dözdüm.

Birinci ayağım tutuldu. Sonra hərarətim 41 dərəcəyə qədər yüksəldi, bərk üşütdüm. Sutka yarım qızdırmadan yanırdım. Qızartılıq dizimə qədər gəldi. Sanki ayağım yanıb. Həkimlər dedilər ki, bu, “Qızıl yel” xəstəliyidir.

Həkimlər analizlər götürdülər. Müalicələrimi ev şəraitində davam etdirirəm. Ayağım artıq sağalır. Lakin həkimlər söyləyirlər ki, bu proses uzun çəkəcək. 14 gün yataqda uzanmalı və ayağımı yerə basmalı deyiləm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir