Bugünkü Zəfər paradında Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət parad heyətləri tribunanın önündən addımlayıblar. Dövlət Təhlükəsizliyi Xidmətinin parad heyətinə general-mayor Rövşən Muxtarov başçılıq edib. Həmin görüntüləri təqdim edirik:
Bakıda avtomobil elektrik dirəyinə çırpılıb. “Report” xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb. VAZ-2107 markalı avtomobil idarəetməni itirərək yoldakı elektrik dirəyinə çırpılıb. Qəza zamanı avtomobilə ziyan dəyib və elektrik dirəyi yerindən çıxaraq aşıb. Xeberal.az
Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının proqramına dəyişiklik edilib. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, aparılan araşdırmalar göstərir ki, dövlət qulluqçularının kompüter və internetdən təhlükəsiz istifadə üzrə baza bilikləri və bu sahədə müvafiq səriştələrinin kifayət qədər olmaması dövlət orqanlarında informasiya təhlükəsizliyi təminatına mənfi təsir göstərir. Məsələnin əhəmiyyəti nəzərə alınaraq dövlət qulluğuna […]