Manşetüstü Şou-Biznes

“Kiməsə bir tikə çörək veririksə, “çox sağ ol” deməlisiz” — Xatirədən QALMAQALLI SÖZLƏR

Sharing is caring!

“Mənfi rəylər insanın qəlbinə dəyir. Ədalət Şükürov demişkən, heç kim pulu elə-belə gətirib cibimizə qoymayıb”.

Xəbəral.az  xəbər verir ki, bu sözləri Xatirə İslam “Bizimləsən” proqramında deyib. Müğənni tez-tez sosial şəbəkələrdə tənqid olunduğunu qeyd edib:

“Biz də əziyyət çəkmişik! Yediyimiz çörək zəhmətimizin bəhrəsidir. O çörəkdən bir tikə kiməsə veririksə, bu, bizim vicdanımızdan irəli gəlir. Buna ancaq “çox sağ ol” demək lazımdır.

Hələ “hər şeyi sizə xalq edib” deyirlər. Xalq bizə durduğumuz yerdə pul verməyib. Əziyyətimizin qarşılığı olub. Elə xalqın pis günündə ancaq sənət insanları küçələrə düşdü”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir