İdman Manşetüstü

Avropa çempionatı: Azərbaycan və Ermənistan yığmalarının heyətləri açıqlanıb

Sharing is caring!

Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandalarının Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son turu üçün heyətləri açıqlanıb.

XəbərAl.az-ın məlumatına görə, qadınların yarışında birinci lövhədə Günay Məmmədzadə Ermənistan təmsilçisi Lilit Mkrtçyanla, kişilərin mübarizəsində isə Arkadi Naydiç Sloveniya yığmasından Luka Leniçlə üz-üzə gələcək. Bu tur Şəhriyar Məmmədyarov və onun bacısı Türkan Məmmədyarova istirahət edəcək.

Avropa çempionatı, IX tur

Kişilər

Sloveniya – Azərbaycan

Luka Leniç – Arkadi Naydiç

Matey Sebenik – Rauf Məmmədov

Yure Skoberne – Qədir Hüseynov

Yan Sudel – Eltac Səfərli

Azərbaycan – Ermənistan

Günay Məmmədzadə – Lilit Mkrtçyan

Xanım Balacayeva – Elina Danielyan

Ülviyyə Fətəliyeva – Mariya Gevorqyan

Gülnar Məmmədova – Anna Sarqsyan

Qeyd edək ki, son tura Bakı vaxtı ilə saat 12:00-da start veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir