Manşetüstü MARAQLI

Şahzadə Harri və Meqan Marklı gözləyən TƏHLÜKƏ – Kral ailəsindən qovula bilərlər

Sharing is caring!

Böyük Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl cütlüyü krallıq ünvanlarını itirə bilər.

XəbərAl.az xəbər verir ki, buna səbəb cütlüyün Cənubi Afrikaya köçmək niyyətində olmasıdır.

Krallıq ailəsinin müxbiri Viktoriya Arbiter bildirib ki, Harri və Meqan Bukinqam sarayını tərk etsələr, titul və üstünlüklərindən vaz keçmək məcburiyyətində qalacaqlar.

Qeyd edək ki, cütlük İTV telekanalına verdikləri və böyük əks-səda gətirən müsahibələrində Cənubi Afrikaya köçməyi yaxşı fikir adlandırmışdı. Onlar bu ayın əvvəlində Cənubi Afrikaya səyahət etmişdilər.

Cütlüyün Arçi adlı 5 aylıq körpəsi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir