Manşetüstü MARAQLI

Ukrayna prezidentinin oxşarı tapıldı – Adı Ümiddir (FOTO/VİDEO)

Rusiyanın paytaxtı Moskvada Ukrayna prezidenti Vladimir Zelenskinin oxşarı tapılıb.

Bu barədə “Mash Telegram-kanalı” bildirib.

Qeyd edilir ki, Ukrayna liderinin oxşarı paytaxt metrosunda aşkarlanıb. O, Özbəkistan sakinidir.

Məlumata görə, həmin şəxsin adı Ümiddir. O Moskvada avtomobil rəngsazı işləyir.

Ümid etiraf edib ki, yaxınları onu “Dima” deyə çağırırlar.

Zelenskinin oxşarı Moskvaya xanımı və övladları ilə birlikdə gəlib (Report).