Manşetüstü Mədəniyyət

UNESKO-da İmadəddin Nəsiminin 650 illiyi qeyd edilib – FOTO

Sharing is caring!

UNESKO-da dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi qeyd edilib.

XəbərAl.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının UNESKO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə qurumun baş qərargahında keçirilib.

Tədbirdə Azərbaycanın UNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, UNESKO-nun baş direktorunun mədəniyyət məsələləri uzrə muavini Ernesto Ottoné Ramirez, Azərbaycan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Almaniyanın Giessen Universitetinin professoru Michael R. Hess cıxış ediblər. Natiqlər Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutan Nəsimi yaradıcılığı haqqında ətraflı məlumat veriblər və Nəsiminin adının nəinki Azərbaycanda, hətta bütün dünyada da uca tutulduğunu xüsusi qeyd ediblər.

Tədbirin rəsmi hissəsindən sonra “Bahariyyə” muğam konserti verilib. Konsert böyük maraq və alqışlarla qarşılanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir