Manşetüstü Mədəniyyət

Milli İncəsənət Muzeyinin rəhbəri Fransanın ordeni ilə təltif olunub

Sharing is caring!

Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev Fransanın İncəsənət və Ədəbiyyat Ordeninə layiq görülüb.

XəbərAl.az xəbər verir ki, təltif mərasimi Fransanın Azərbaycandakı səfirliyində keçirilib.

Səfir Zakari Qros 2017-ci ildə Bakıda Milli İncəsənət Muzeyinin 80 illiyilə bağlı “Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasındakı Fransa incəsənəti” adlı sərginin keçirildiyini xatırladıb.

Qeyd edək ki, ötən əsrin ortalarında dünya mədəniyyətinin mühüm hadisələrini qeyd etmək məqsədilə təsis edilmiş İncəsənət və Ədəbiyyat Ordeninin kavaler, zabit, komandor olaraq üç dərəcəsi var. Bu ordenlə təltif barədə qərarı xüsusi komitənin iştirakı ilə Fransanın mədəniyyət naziri verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir