Manşetüstü Tədbirlər

Prezident 355 nəfərlə bağlı sərəncam imzaladı – FOTO

“Cənab Prezident 355 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsilə bağlı Sərəncam imzalamışdır”.

XəbərAl.az xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

O qeyd edib ki, bu gün Miqrasiya Xidmətində 200-dən artıq yeni vətəndaşın andiçmə mərasimi keçirilib: “Qalan şəxslər sabah üçün dəvət edilib. Təbrik edirik, uğurlar və layiqli vətəndaş olmağı arzu edirik”.