Manşetüstü Mədəniyyət

Bakıda Qaraçay-Çərkəz Mədəniyyət Günləri başlayır

Sharing is caring!

Bu gün Bakıda Qaraçay-Çərkəz Respublikası (Rusiya) Mədəniyyət Günləri başlayır.

Bu barədə XəbərAl.az-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin Bakı ofisinin Mətbuat xidmətindən məlumat verilib.

Bu gün Mədəniyyət Günləri çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında böyük konsert keçiriləcək. Konsertdə Qaraçay-Çərkəz Respublikasından çoxlu sayda yaradıcı qrup iştirak edəcək.

Nümayəndə heyətinə Qaraçay-Çərkəz Respublikasının mədəniyyət naziri Ramazan Borokov və Qaraçay-Çərkəz Respublikasının Əməkdar incəsənət xadimi İsmayıl Bayramkulov başçılıq edir.

Konsert saat 19:00-da başlayacaq. Giriş pulsuzdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir