Manşetüstü Mədəniyyət

“Ana dilimiz unutdurulur, ayrı-seçkiliyə məruz qalırıq” – Gürcüstandakı azərbaycanlı gənclər problemlərdən danışırlar

Sharing is caring!

Gürcüstanda son illər keçirilən sorğu və araşdırmaların nəticələrinə əsasən işsizlik ölkə gənclərini narahat edən əsas problemdir. Bu məsələ hələ də qonşu ölkənin ən ciddi problemidir və işsizliyin ən yüksək səviyyəsi gənclər arasında qeydə alınıb.

XəbərAl.az Gürcüstanın bir neçə azərbaycanlı gənci arasında sorğu keçirərək onları narahat edən ən əsas problemlərlə maraqlanıb.

Marneuli rayonunun Aşağı Saral kəndinin sakini, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi Səkinə Rüstəmova:

– Gürcüstanda Azərbaycan dili ilə bağlı vəziyyət məni çox narahat edir. Azərbaycandilli məktəblərdə Azərbaycan dilinin tədrisi aşağı səviyyədədir. Biz azərbaycanlı olaraq ana dilimizi yaşatmalıyıq. Doğma dilimizi bilməsək, başqa dili öyrənə bilmərik. Azərbaycan ədəbiyyatı ilə bağlı vəziyyət də, təəssüf ki, qaneedici deyil. Azərbaycandilli məktəblərdə ədəbiyyatın tədrisi yox olmaq səviyyəsindədir. Azərbaycanlı şagirdlər Azərbaycanın şairləri, yazıçıları, dastanları və digər ədəbiyyat nümunələrini tanımırlar. Hesab edirəm ki, Gürcüstanda azərbaycanlılar arasında milli dəyərlərin yaşadılması istiqamətində fəaliyyətin gücləndirilməsinə böyük ehtiyac var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir