Manşetüstü Maqazin

Pərvin Abıyeva: “Təpik onurğanın içinə girdi, bir anlıq nəfəsim kəsildi və…”

Sharing is caring!

“Çəkilişlər şəxsən mənim üçün çox çətin oldu. Döyüşçü rolunu oynamışam, bir həftədən çox döyüş səhnələri üçün məşqlər etdim, çox ağır döyüş növü idi. Üstəlik çəkiliş prosesində çiyin və belimdən zədələndim. Döyüş səhnələrində kaskadyorlardan çox qəşəng bir təpik yemişəm, hələ də onun ağrısını kürəyimdə hiss edirəm. Əsl döyüşçülərlə döyüşmüşəm, zərbə gözlənilmədən gəldi. Təpik onurğanın içinə girdi. Ayaqqabılar da əsgər çəkmələri idi. Onlar da bilirsiniz ki, çox ağır olur. Bir anlıq nəfəsim kəsildi, yerə uzandım və dedim ki, mən öldüm. Bir ay bu ağrı ilə yaşadım. Buna baxmayaraq, ayağa qalxdım və rolumu oynadım. Çünki o döyüşü öyrənmək üçün çox əziyyət çəkmişdim. Çox çətin olsa da, çox yaddaqalan obraz canlandırmışam”.

XəbərAl.az  xəbər verir ki, bu sözləri Ali Sunalın çəkdiyi “Haraket sekiz” də əsas rollardan birini canlandıran həmyerlimiz aktrisa Pərvin Abıyeva filmin dünən Bakıda keçirilən qala gecəsində deyib.

O, bildirib ki, türkiyəli məşhurlarla işləmək çox rahatdır: “Türkiyəli sənətçilər çox vaxt kənardan özündən razı görünür. Çəkiliş prosesində tanış olub ünsiyyət qurduqdan sonra görürsən ki, çox səmimi və sadə insanlardır. Onlarla birlikdə çox deyib-gülmüşük. İş prosesində onlara çətinlik yaratmıram, ünsiyyətciləm, ən əsası işimi çox bəyəniblər. Özümü də çox istəyirlər. Türklərlə işləmək çox rahatdır, əvvəla aktyora yüksək dəyər verirlər. Aktyor üçün hər cür şərait yaradılır, bütün problemlər rahatlıqla həll edilir. Məsələn, geyim və yemək dərdi yoxdur, dincəlmək üçün xüsusi karavanlar təşkil olunur. Çox nadir hallarda Azərbaycanda pavilyonlar belə rahat olur. Bu filmdə aldığım qonorarım az deyil, yaxşı pul almışam. Miqdarı desəm, ayıb olar”.

Bu yaxınlarda Türkiyədə əməliyyat olunan kino ulduzu xəstəliyindən də söz açıb: “Keçən il ayağımın yuxarı hissəsində əzələ yırtılması oldu. Onun içinə kirli maye yığılmışdı. Üstünə düşmədim deyə mənə əziyyət verirdi, sonra onu əməliyyat etdirməli oldu. Türkiyədə 7 bal gücündə zəlzələ baş verəndə əməliyyatda idim. Sonradan bildim, Allaha şükür elədim ki, nə yaxşı zəlzələ çox güclü olmayıb. Yaxşı ki, həkimlər məni qoyub qaçmayıb”.

Tez-tez geyimlərindən dolayı iradlara məruz qalan Pərvin Abıyeva bu məsələyə də münasibət bildirib: “Nəinki tənqidlərə, artıq təhqirlərə də alışmış bir insanam. Səhnə adamıyam, alışmışam. Ümumiyyətlə, bütün qala gecələrində geyimlərim daim müzakirə olunub. Odur ki, çox normal baxıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir