Kriminal Manşetüstü

Məhkəmədən “Laçın” Ticarət Mərkəzinin sahibinin oğlu ilə bağlı – Qərar

Sharing is caring!

Bakıda piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Sunay Vəliyevin barəsində olan hökmdən verilən apelyasiya şikayətinə baxılıb.

XəbərAl.az xəbər verir ki, Bakı Apelasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara görə, Sunay Vəliyevin apelyasiya şikayəti təmin edilməyib.

Xətai rayon Məhkəməsinin hökmü ilə Sunay Vəliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, bu il fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində 1980-cı il təvəllüdlü Sunay Vəliyevin idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraub.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Sunay Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Xatırladaq ki, Sunay Vəliyev “Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur.

Məsud Vəliyev 2015-ci ildə dünyasını dəyişib.

Məsud Vəliyevin vəfatından sonra onun biznesinə oğlu rəhbərlik edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir