Manşetüstü MARAQLI

Azərbaycan səmasında naməlum cisim göründü

İmişli rayonunda səmada yanaraq irəliləyən göy cismi müşahidə edilib.

Hadisə rayonun səmasında gecə saat 22:00 radələrində baş verib.

Göy üzü anidən işıqlanıb və həmin zaman sürətlə və yanaraq irəliləyən göy cismi görünüb.

Analoji hadisə Sabirabad rayonunda da müşahidə edilib. Göy üzündə mövcud olan parıltının meteoroid olduğu ehtimal edilir.