İdman Manşetüstü

“Düdelanj” “Qarabağ”la oyuna baş məşqçisiz çıxacaq

Sharing is caring!

Bertran Krassonun müvəqqəti baş məşqçi olduğu Lüksemburq “Düdelanj”ındakı taleyinə “Qarabağ”la keçirəcəkləri UEFA Avropa Liqasının II tur matçından sonra aydınlıq gələcək.

Klubun idman direktoru Sofian Benzuan düzgün qərarın verilməsi üçün daha bir həftə gözləmələrinin gərəkliyini açıqlayıb. Lakin o, qərarın mütləq şəkildə nəticələrlə əlaqədar olmayacağını diqqətə çatdırıb. Benzuan Krassonun ən azı köməkçi-məşqçi kimi qalacağını əlavə edib.

“Düdelanj” Avropa Liqasında qrup mərhələsinin startı ərəfəsində Emilio Ferreranı baş məşqçi postundan istefaya göndərib. Komanda müvəqqəti olaraq, Krassona tapşırılıb. Onun rəhbərliyi altında “Düdelanj” ilk turda APOEL-i Kiprdə 4:3 hesabı ilə yenib. Lakin Lüksemburq Milli Divizionunun oyununda “Petanj”a 0:2 hesablı səfər məğlubiyyətindən sonra rəhbərlik baş məşqçi təyinatını təxirə salıb.

Qeyd edək ki, oktyabrın 3-də Lüksemburqdakı “Jozi Bartel” stadionunda keçiriləcək “Düdelanj” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir