Cəmiyyət manset

Sabirabad Yol Patrul Xidmətinin Rəisi Əhməd Ağayevin özbaşnalığı

Sharing is caring!

Sabirabad rayonun bir neçə sakinləri Yol Patrul Xidmətinin Rəisi Əhməd Ağayevindən saytımızın elektron poçtuna şikayət məktubu ünvanlayıblar.

XəbərAl.az məktubun məzmununu sizlərə təqdim edir:

Sabirabad RPŞ-nin DYP-nin rəisi Əhməd Ağayevin “Məhəllə postları” Məlum olduğu kimi Sabirabad rayonunda bir neçə təhlükəli magistiral yollar vardır.Bunlar Sabirabad-Narlıq, Sabirabad-Şirvan və Noxudlu Salyan yollarıdır.

Dəfələrlə bu yollarda ölümlə nəticələnən qəzalar olmasına baxmayaraq, Sabirabad DYP-nin rəisi Əhməd Ağayev əməkdaşlarına qeyd olunan yollarda deyil rayonun ən sakit ərazisi olan, Qəzli-Quruzma və Yenikənd kəndlərində pul qazanmaq üçün məhəllə arası küçələrdə, çayxana və restoranların qarşısında postlar qurdurur.Yuxarıda qeyd olunduğu kimi Sabirabad rayonunun bir çox ərazisində təhlükəli və nəzarətə ehtiyac olan yolları vardır.Lakin sakitcə pul qazanmaq üçün Ə.Ağayevə məhz Qəzli,Quruzma və Yenikənd kəndlərinbdə postlar qurmaq daha əlverişlidir.Çünki bu kəndlərin sakinləri əsasən təsərrüfatla məşğul olur və məhsullarını kənd ərazisində yerləşən bazarlara at arabası və şəxsi minik avtomobilləri ilə çıxarmalı olurlar. Ə.Ağayev isə bu halda yük daşınma qaydasının pozuilmasını bəhanə gətirərək orada öz “bazarını” açmış olur. Bu da əhali arasında böyük narazıçılığa səbəb olur.Məlumata görə,qəbuluna da, səhər saat 9:00 dan günorta 13:00-a qədər gözləyirlər qəbul belə etmir.Sakinlər bildirirlər ki,kolidorda da sözümüzü demək istəyəndə isə ” get hara deyirsən de” sözü ilə öz yoluna davam edir. Bütün bunlardan bu nəticəyə gəlmək olar ki, Ə.Ağayev Daxili İşlər Orqanlarının-Etik davranış kodeksini-ya heç oxumamış ya da ki, bu dəyərlər onun üçün heç bir əhəmiyyət kəsb etmir. Görəsən Ağayev bu qeyri etik və qanunsuz davranışları ilə Azərbacan Respublikasınin Dövlət siyasətinə nə qədər zərbə vurduğunu düşünürmü?

Ümüdvarıq ki,Cənab General Vilayət Eyvazov ,onun zəhmətkeş kənd sakinlərinə etdiyi bu zülüm və Dövlət siyasətinə vurduğu bu zərbə Sizin diqqətinizdən kənarda cavabsız qalmayacaq.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir