manset Siyasət

“İqtidar-müxalifət dialoqu sistemli şəkildə olmalıdır” – Fazil Mustafa

Sharing is caring!

Hesab edirəm ki, hər bir tədbirin nəticəsi qəbul edilən sənəddir. Bu mənada hər kəsin sənədi müzakirə etməyə dəvət edirəm.

XəbərAl.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda müzakirə zamanı deyib.

O, əlavə edib ki, bəyanat layihəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair abzasla bağlı fikir ayrılığı ola bilməz: “Hesab edirəm ki, bu məsələdə iqtidar və müxalifətin fərqli mövqeyi yoxdur”.

Bəyanatın seçkilərlə bağlı hissəsinə gəldikdə, hesab edirəm ki, bura müəyyən əlavələr edilməlidir.

F.Mustafa qeyd edib ki, iqtidar-müxalifət arasında dialoq sistemli şəkildə həyata keçirilməlidir. Fikrimcə, YAP rəhbərliyi bu təşəbbüsü dəstəkləməli və vaxtaşırı problemlər müzakirə olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir