Cəmiyyət manset

Rövnəq Abdullayev 50 min işçinin maaşını artırdı

Sharing is caring!

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) işçilərinin maaşı artırılıb.

Bu barədə XəbərAl.az-a SOCAR-dan məlumat verilib.

SOCAR prezidentinin əmri ilə şirkət üzrə bütün əməkdaşların əmək haqqı 20% qaldırılıb. Şirkətdən bildirilir ki, tarif vəzifə maaşın artırılması dənizdə və digər ağır iş şəraitində çalışan əməkdaşların real gəlirlərinə daha çox təsir göstərəcək.

Qeyd olunur ki, hazırda SOCAR Azərbaycanın ən böyük işəgötürənidir və 50 mindən çox Azərbaycan vətəndaşını dayanıqlı iş yerləri ilə təmin edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir